İspaniyanın "Real" klubu Çempionlar Liqasının tarixinə düşüb.

Matc.az xəbər verir ki, Madrid təmsilçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunda "Marsel"ə qalib gələmkə (2:0) buna nail olub.

"Kral klubu" qitənin bir nömrəli klub turnirində 200-cü qələbəsini qazanıb. "Real" ÇL-də 200 qalibiyyət əldə edən ilk klub olub.

La Liqa nəhənginin qollarını Kilian Mbappe penaltidən vurub.

Qeyd edək ki, "Real" 15 dəfə Çempionlar Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest