"Bu qələbədə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirir, onların simasında sevincimizi bölüşməkdən sonsuz məmnunluq duyduğumu vurğulamaq istəyirəm"
PFL-in prezidenti Elxan Səmədov "Qarabağ"ın UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunda "Benfika"ni məğlub etməsinə biganə qalmayıb.
Matc.az xəbər verir ki, qurum rəhbəri özünün sosial şəbəkə hesabında Azərbaycan çempionunu təbrik edib:
“Qarabağ” klubunu növbəti tarixi nəticə münasibətilə təbrik edirəm. Bu dəfə qələbə Avropanın ali klub turnirində - Çempionlar Liqasında gəldi. Təsnifat mərhələsində də rəqiblərinə şans verməyən “Qarabağ” qitənin adlı-sanlı “Benfika” klubunu da məğlub edərək Liqa mərhələsinə də böyük zəfərlə başladı.
Bu qələbədə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirir, onların simasında sevincimizi bölüşməkdən sonsuz məmnunluq duyduğumu vurğulamaq istəyirəm.
Təşəkkürlər, “Qarabağ”!".