Bu gün Misli Premyer Liqasında VII tura start verilib.

Matc.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Araz-Naxçıvan" ev oyununda "İmişli"yə iki cavabsız qolla qalib gəlib. "Neftçi" isə səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.

Misli Premyer Liqası
VII tur

3 oktyabr (cümə)

"Zirə" – "Neftçi" - 2:2 
Qollar: 
 Giorgi Papunaşvili, 28, Ruan Renato, 90+8 // Freddi Varqas, 66, Bassala Sambu, 87
Qırımızı vərəqə: 
 Ayron Qomis, 90+10

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu

"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 30. Rikardo Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 7. Emil Səfərov 47. Murad Məmmədov 14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Samir Abasov


"Araz-Naxçıvan" – "İmişli" - 2:0
Qollar: Ba-Muaka Simakala, 33, Ülvi İsgəndərov, 90+5
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov 
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
"Liv Bona Dea Arena"

"Araz-Naxçıvan": 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 4. Rahil Məmmədov 26. Ömər Buludov 29. Vanderson Melo (k) 23. Nuno Rodriqes 10. Felipe Santos 11. Ba-Muaka Simakala 70. Şarl Boli 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 34. Urfan Abbasov  8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 17. İssuf Paro 7. Hamidu Keyta 77. Bruno Franko
Baş məşqçi: Elmar Baxşıyev
 
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest