06 Oktyabr 2025, 16:12
MPL
"Turan Tovuz" Roderik Millerlə müqavilənin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik sözləşmə imzalanıb. Təcrübəli futbolçunun əvvəlki müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Roderik Miller 2023-cü ilin mart ayından "Turan Tovuz"da çıxış edir. Panama millisinin üzvü olan oyunçu bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 58 rəsmi matçda 10 qol vurub.