07 Oktyabr 2025, 10:35
MPL
Roderik Miller "Turan Tovuz"la 1+1 illik yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, panamalı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 33 yaşlı futbolçu kluba minnətdarlığını bildirib:
"Turan Tovuz”la müqaviləmi artırdığım üçün çox şadam. Mənə olan güvənə görə kluba minnətdaram. Eyni ehtiras və məqsədlərlə davam edəcəyik. Çətinlik, sabitlik və inam mənim yolum üçün daha bir addımdır".