"Ağ-qaralar"ın azarkeşləri kütləvi iğtişaş törətdiyi üçün klub 10000 manat ziyana düşüb.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının VII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

"Zirə"nin futbolçusu Ayron Qomis "Neftçi" ilə oyunda ikinci sarıdan qırmızıı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Klub isə 500 manat cərimə edilib. "Zirə" həmçinin, VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə 1000 manat da cərimə ödəyəcək.

İntizam Komitəsi "Neftçi"ni xeyli miqdarda cərimə edib. "Ağ-qaralar"ın azarkeşləri kütləvi iğtişaş törətdiyi üçün klub 10000 manat ziyana düşüb. 4 futbolçu sarı vərəqə aldığı üçün klub daha 700 manat cərimələnib. Bundan başqa, məşqçi Vəfadar Quliyev 90+5-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün ona 2 oyunluq cəza verilib. Məşqçinin davranışı kluba 5000 manata başa gələcək.

"Sumqayıt" isə "Turan Tovuz"la matçda 4 futbolçusunu sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib. "Şamaxı" da eyni cəza ilə üzləşib. "şirlər"in 4 oyunçusu "Qəbələ" ilə görüşdə sarı vərəqə görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest