10 Oktyabr 2025, 15:40
MPL
"ML Vitebsk” ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar".
Belarusun "ML Vitebs" klubunun futbolçusu Zaxar Volkovun "Qarabağ"a keçidi baş tutmayıb.
Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında bu barədə məlumat verib. Belaruslu oyunçu hazırkı klubu ilə müqavilə imzaladıqdan sonra Azərbaycan çempionundan təklif aldığını deyib:
“ML Vitebsk” ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur. Qərarımı dəyişməyəcəyəm"