“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov “Pro" kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın “Tvente” klubunda təcrübədə olub.
“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov “Pro" kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın “Tvente” klubunda təcrübədə olub.
Matc.az xəbər verir ki, mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də “Tvente” akademiyasının məşqlərini izləyib.
Cavadov bu əsnada komandanın bir sıra rəsmiləri - komandanın baş məşqçisi Con van den Brom, klubun inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.
Xatırladaq ki, Vaqif Cavadov futbolçu karyerasında "Tvente"də forma geyinib.




