"Roma"nın əfsanəvi kapitanı Daniele De Rossinin yeni komandası müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, veteran yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirəcək.

35 yaşlı oyunçu "Los-Anceles" klubu ilə anlaşıb. İtaliya millisinin sabiq üzvü ABŞ təmsilçisi ilə hərtərəfli ortaq məxrəcə gəlsə də, müqavilənin detalları açıqlanmayıb. Keçmiş futbolçu Devid Bekhemin komandası olan "Los-Anceles" növbəti mövsümdən MLS-də çıxış edəcək.

Qeyd edək ki, Daniele De Rossi 2002-ci ildən bəri "Roma"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest