Deməzdim ki, zəif komandaya qarşı oynadıq. Sadəcə, bizim performansımız çox yüksək idi. Rəqibə istədiyini etmək imkanı vermədik. İordaniya ilə yoldaşlıq görüşündə də əsas oyunçulara istirahət vermişdik. Onlar bundan səmərəli yararlandılar.

"Düşünürəm ki, əvvəldən sona qədər əla oynadıq". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan slovakiyalılar böyükhesablı qələbəyə sevinib - 5:1.

Oyunsonrası mətbuat konfransında 50 yaşlı mütəxəssisin qalibiyyət şərhi belə olub: "Qol buraxmağımıza baxmayaraq, kifayət qədər şanslarımız oldu. Matçı 5 qolla tamamladıq. ümumilikdə hər şeydən razı qaldım".

- Bu qədər zəif Azərbaycan yığması gözləyirdinizmi?

- Deməzdim ki, zəif komandaya qarşı oynadıq. Sadəcə, bizim performansımız çox yüksək idi. Rəqibə istədiyini etmək imkanı vermədik. İordaniya ilə yoldaşlıq görüşündə də əsas oyunçulara istirahət vermişdik. Onlar bundan səmərəli yararlandılar.

- Robert Bojenikin hücumdakı çıxışından məmnun qaldınızmı? Və Marek Hamşikin bu gün 2 qol vuraraq bombardirliyi ələ keçirməsi haqda nə deyə bilərsiniz?

- Bojenikin hücum xəttində oynaması ideyası 2 gün əvvəl yaranmışdı. İki seçimimiz var idi, digəri Duda idi. Biz bu gün Bojenikə üstünlük verdik. Hamşikə gəlincə, ona görə çox sevinirəm.

- Final mərhələsində qrupun 3 və 1/4 final mərhələsinin 1 oyunu Bakıda keçiriləcək. Yenidən paytaxtımıza dönmək istərdinizmi?

- Əlbəttə. Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da sonda rol oynaya bilər. Gəlmək istərdim. Bakı gözəl şəhərdi və böyük stadionu var. Bakı Olimpiya Stadionu kimi gözəl stadionda yenidən oynamaq istərdik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest