"Vulverhempton" istefaya göndərilən Vitor Pereyranın yerinə niderlandlı mütəxəssis Erik ten Haqı nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "talkSPORT" paylaşıb.

Bildirilir ki, bu yaxınlarda İngiltərə futbolundan ayrılan məşqçi tezliklə geri dönə bilər.

Potensial namizədlər siyahısında ten Haqdan əlavə, Brendan Rocers, Ole Qunnar Sulşer, Stiven Cerrard, Frank Lempard və Serxio Konseysao kimi tanınmış məşqçilər də var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest