Kiyev "Dinamo"sunun müdafiəçisi Taras Mixavka karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Transferfeed" məlumat yayıb.

"Marsel" ukraynalı futbolçunu transfer etmək istəyir. Liqa 1 təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisinin yayda heyətinə qatmağa çalışacaq.

Gənc oyunçu ilə "Mançester Yunayted" və "Çelsi" də maraqlanır.

Qeyd edək ki, Taras Mixavka bu mövsüm "Dinamo"nun heyətində keçirdiyi 30 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest