Peşəkar Futbol Liqasının Hüquq Komitəsi PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyonun iddiasını müsbət cavablandırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu klubuna qarşı çıxdığı məsələdə qalib gəlib.

PSJ Fransa millisinin üzvünü iki ayın bonuslarından məhrum etmişdi. Lakin Hüquq Komitəsi futbolçunu şikayətində haqlı hesab edib. Qurum klubun eyni səbəbdən iki ay cəza kəsməsinin doğru olmadığı qənaətinə gəlib və klubu mart ayının ödənişinə məcbur edib.

Qeyd edək ki, Rabyo bu yay başa çatan müqaviləsini yeniləmədiyi üçün əsas heyətdən uzaqlaşdırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest