03 Noyabr 2025, 10:11
FUTBOL
"Qalatasaray"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı oyunçularından olan Yunus Akgün sıradan çıxıb.
Türkiyəli vinger Super Liqanın 11-ci turunun "Trabzonspor"la matçında sıradan çıxıb. Qasıq nahiyəsindən zədə alan 25 yaşlı oyunçu noyabrın 6-da Çempionlar Liqasının "Ayaks"la səfər oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 13 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.












