"Bavariya" 2024/25 mövsümünün maliyyə nəticələrini açıqlayıb.
Matc.az xəbər verir ki, Münhen təmsilçisi 978,3 milyon avroluq rekord gəlir əldə etdiyini bildirib.
Bu göstərici əvvəlki ilin nəticələrini 2,8% üstələyib. Klubun çoxillik tarixində isə ən yüksək nəticə olub.
Almaniya çempionunun əməliyyat mənfəəti 11,3% artaraq 187,8 milyon avroya çatıb. Vergiyəqədərki mənfəət 42,5 milyon avro, xalis mənfəət isə vergilərin ödənilməsindən sonra 27,1 milyon avro təşkil edib.
Hazırda "Bavariya" Bundesliqanın mütləq lideridir. Vensan Kompaninin komandası 9 turdan sonra 27 xal toplayıb.
Komanda növbəti turda səfərdə Berlinin "Union" klubu ilə qarşılaşacaq. Bundesliqa nəhənhi həftəiçi isə UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsində səfərdə PSJ-nin qonağı olacaq.












