"Mançester Siti"nin futbolçusu Fil Foden İngiltərə Premyer Liqasında 200-cü oyununa çıxıb.
Matc.az xəbər verir ki, ingiltərəli vingerin yubileyi 10-cu turun "Bornmut"la görüşünə (3:1) təsadüf edib.
Foden 2000-ci ildən sonra doğulmuş futbolçular arasında bu göstəriciyə çatan ikinci oyunçu olub. Premyer Liqada 200 oyuna ilk çatan futbolçu "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka idi.
Bundan əlavə, Foden "Mançester Siti"nin tarixində yeni rekorda imza atıb. O, klubun Premyer Liqada 200 oyun keçirən ən gənc futbolçusu olub. Foden bu nailiyyətə 25 158 günündə çatıb.
Əvvəlki rekord "Mançester Siti"nin sabiq futbolçusu Rahim Sterlinqə məxsus idi. Hazırda "Arsenal"da çıxış edən vinger klubdakı 200-cü oyununa 26 yaş 284 günündə çıxmışdı.












