Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Lionel Messinin ondan daha yaxşı olduğu fikri ilə razılaşmayıb. 

Matc.az AS nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı forvard argentinalı həmkarının ondan yaxşı olmadığını bilddirib:

“Runi deyib ki, Messi məndən daha yaxşıdır? Problem deyil, amma mən razı deyiləm. Təvazökarlıq etməyəcəyəm”.

Kriştiao Ronaldo indiyədək 1319 oyunda 946 qol vurub və 304 məhsuldar ötürmə edib. Lionel Messi 1154 görüşdə 898 qola və 439 asistə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest