Serbiya çempionatının 14-cü turu çərçivəsində keçirilən "Mladost Luçani" - "Radniçki" matçı zamanı faciə yaşanıb.

Matc.az xəbər verir ki, qonaqların baş məşqçisi Mladen Jijoviç dünyasını dəyişib.

Gün ərzində ürək bulanmasından şikayətlənən Jijoviç matç zamanı da özünü pis hiss edib. Daha sonra 44 yaşlı mütəxəssis qışqıraraq yıxılıb və huşunu itirib. Bu vəziyyətdən oyunçular da narahat olublar. Görüş 41-ci dəqiqədə yarımçıq qalıb.

Baş məşqçi isə huşunu itirdikdən təxminən 20 dəqiqə sonra dünyasını dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest