04 Noyabr 2025, 13:24
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro milli komandasına dəvət olunub.
Matc.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi 26 nəfərlik heyətə daxil edilib. Yığma noyabrın 14-də səfərdə Cəbəllütariqin qonağı olacaq. Komanda 3 gün sonra isə doğma meydanda Xorvatiyanı qəbul edəcək.
Qeyd edək ki, Monteneqro millisi DÇ-2026-nın seçmə L qrupunda 6 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

            
 










