“Barselona”nın sabiq yarımmüdafiəçisi Oriol Romeu azad agent kimi “Sauthemptona” qayıtmaq barədə razılıq əldə edib.

Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək. İspaniyalı dayaq yarımmüdafiəçisi daha sonra isə 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacaq. Müqavilədə bir mövsüm uzadılma şərti də yer alıb.

Romeu sentyabr ayında “Barselona” ilə müqaviləsini ləğv edərək azad agent statusu qazanıb. O, 2023/24 mövsümündə kataloniyalıların heyətində çıxış edib, 2024/25 mövsümünü isə icarə əsasında “Jirona”da keçirib.

Futbolçunun karyerasının ən uzun mərhələsi (2015–2022) məhz “Sauthempton”da olub. Təcrübəli oyunçu klubun heyətində bütün turnirlərdə 256 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest