“Liverpul” Dominik Soboslayın müqaviləsinin müddətini uzatmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

İngiltərə çempionu artıq 2030 və ya 2031-ci ilə qədər nəzərdə tutulan yeni uzunmüddətli sözləşmə üzərində işləyir.

25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Liverpul” rəhbərliyi macarıstanlı oyunçunun klubun layihəsindəki əsas rolunu nəzərə alaraq onun gələcəyini öncədən təmin etmək istəyir.

Qeyd edək ki, "Liverpul" Dominik Soboslayı 2023-cü ilin yayında "Leypziq"dən 70 milyon avroya transfer edib. Yarımmüdafiəçi cari mövsümdə "qırmızılar"ın heyətində 14 oyuna çıxaraq 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest