04 Noyabr 2025, 16:12
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton “Real”a keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
"Kral klubu"nun baş məşqçisi Xabi Alonso ingiltərəli futbolçunu Toni Kroosun varisi kimi görür. La Liqa nəhəngi 21 yaşlı oyunçu üçün onun klubuna 60 milyon avro ödəməyə hazırdır.
Uorton oyundakı baxışı və meydanı görmə qabiliyyəti ilə fərqlənir. Bu da Alonsonun oyun tərzinə uyğun gəlir. Onun “Pelas”la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
Gənc dayaq yarımmüdafiəçisi bu mövsüm “qartallar”ın heyətində keçirdiyi 13 oyunda 1 qol ötürməsi edib.

            
 










