04 Noyabr 2025, 19:42
FUTBOL
20 yaşlı Fransa milli komandasının və PSJ-nin hücumçusu Desir Due Avropanın ən yaxşı gənc oyunçusu seçilib.
Matc.az xəbər verir ki, mükafat İtaliyanın "Tuttosport" nəşri tərəfindən təqdim olunur.
2024-cü ildə bu mükafata "Barselona"nın qanad oyunçusu Lamin Yamal layiq görülüb.
Qeyd edək ki, ötən mövsüm Due bütün yarışlarda 61 oyun keçirib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib. PSJ ilə 20 yaşlı futbolçu Çempionlar Liqasını, Liqa 1-i, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb.












