"Barselona"nın ümumi borcu dünya futbolunda rekord həddə çatıb.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşrinin analitik məqaləsində məlumat payalaşılıb.

Bildirilir ki, klubun borcları hazırda təxminən 1,5 milyard avroya çatıb.

Qeyd olunur ki, 2021-ci ildə katalonlar dünyanın istənilən futbol klubu arasında ən böyük itki ilə üzləşiblər - 555 milyon avro.

"Barselona"nın 2022-ci ildən başlayaraq transferlər üçün klublara təxminən 160 milyon avro borcu var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest