"Mançester Yunayted" icarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sanço ilə yayda yollarını ayıracaq.

Matc.az xəbər verir ki, bu barədə "Talk Sport" məlumat yayıb.

"Qırmızı şeytanlar" ingiltərəli vingerin mövsümün sonunda başa çatan sözləşməsinin müddətini daha 1 il uzada bilər. Lakin klub bu maddəni işə salmayacaq. Onlar 25 yaşlı futbolçunun yüksək maaşından qurtulmaq istəyir. İngiltərə millisinin üzvü yayda azad agent statusu ilə "Mançester Yunayyted"i tərk edəcək.

Qeyd edək ki, "Aston Villa" Ceydon Sançonu mövsümün əvvəlində icarəyə götürüb. Oyunçu Birmingem təmsilçisinin heyətində keçirdiyi 6 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest