05 Noyabr 2025, 14:58
FUTBOL
"Liverpul"un kapitanı Vircil van Deyk Çempionlar Liqasında "Real"a qarşı qazanılan qələbəni (1:0) dəyərləndirib.
Matc.az xəbər verir ki, niderlandlı müdafiəçi mükəmməl oynadıqlarını bildirib:
“Bu oyun böyük səylər və enerji tələb edirdi. "Real"ın əla futbolçuları var. Biz bunu bilirik. Onların güclü tərəflərini tanıyırıq. Bunu son həftələrdə gördük. Buna görə də hər bir detalda dəqiqliklə hərəkət etməli idik. Hesab edirəm ki, oyuna dair planı mükəmməl şəkildə yerinə yetirdik,” — deyə van Deyk bildirib.
Qeyd edək ki, “Liverpul” növbəti turda evdə PSV ilə qarşılaşacaq, “Real” isə Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

_1762360334.jpg)




_1762351323.jpg)





_1762343284.jpg)