"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurmağa hazırlaşır.

Matc.az xəbər verir ki, 40 yaşlı futbolçu Prins Morqanla müsahibəsində tezliklə peşəkar futbolla vidalaşacağını bildirib:

“Tezliklə karyeramı başa vuracağam. Buna hazır olacağımı düşünürəm. Asan olmayacaq. Yəqin ki, ağlayacağam. Mənim üçün ağlamaq çətin deyil, hisslərimi gizlətmirəm. Dürüst və açıq insanam”.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində keçirdiyi 10 oyunda 9 qol vurub, 2 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest