"Hesab edirəm ki, blokda, topun qəbulunda yaxşı iş gördük. Sadəcə, hücum planında lazımi qədər dəqiq oynamadıq. Rəqibin heyətində, xüsusən də, Rivero və Qonzalesin qarşısını almaq çox çətin idi".

"İlk setdə zəif çıxış etdik. Amma ikinci setdə hər şey daha yaxşı alındı". Matc.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis Qızıl Avropa Liqasının V turunda İspaniya ilə keçirilən oyunu dəyərləndirib. Kaprara 0:3 hesablı məğlubiyyətə görə hücumçuları günahlandırıb: "Hesab edirəm ki, blokda, topun qəbulunda yaxşı iş gördük. Sadəcə, hücum planında lazımi qədər dəqiq oynamadıq. Rəqibin heyətində, xüsusən də, Rivero və Qonzalesin qarşısını almaq çox çətin idi. Yenə də hücum gücümüzü artırmaq üçün bir şeylər etmək məcburiyyətindəyik".

Qeyd edək ki, millimiz qrupda keçirdiyi 5 görüşün hamısında məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest