"Gümüş Avropa Liqasında yalnız Gürcüstanla görüşlərdə qalib gəldik". Matc.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Calalov deyib.

Gümüş Avropa Liqasında qrup mərhələsinin V turunda Gürcüstanı qəbul edən komandamız 3:0 hesablı qələbəyə sevinib.

Gənc mütəxəssis ardıcıl ikinci dəfədi üstələdikləri Gürcüstanın gənc komanda olduğunu söyləyib: "Biz onlarla müqayisədə daha təcrübəliyik. Danimarka və Rumıniya yığmaları da qalib gələ biləcəyimiz rəqiblər idi. Rumıniyadakı oyunda qələbəyə çox yaxın idik, IV hissəni qalib gələ bilərdik. Qələbə qazansaydıq, bu, komandamız üçün böyük ruh yüksəkliyi olardı. Doğrudu, bu gün qalib gəldik, amma məğlubiyyətlərimizin səbəblərini bir daha qeyd etmək istəyərdim, bir oyun qurucusu ilə oynamaq çətindi. Növbəti rəqibimiz Danimarkadı. İnanıram ki, öz meydançamızda səfərdəki oyunumuzdan daha yaxşı oynayacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest