millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
Matc.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Centenary" stadionunda keçiriləcək qarşılaşmanı Qazaxıstan və Maltadan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı
U-19, II tur
15 noyabr
17:30. Şimali İrlandiya – Azərbaycan
Baş hakim: Sayat Karabayev (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
"Centenary" stadionu, Ta Qali












