DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyununda Gürcüstana qalib gələn (4:0) İspaniya 30 məğlubiyyətsiz matç keçirərək yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniya Kral Futbol Federasiyası paylaşıb.
İspaniya millisi məşqçi Visente del Boskenin rəhbərliyi altında qazanılan rekordu qırıb. O zaman yığma 2010-cu ildən 2013-cü ilə qədər məğlubiyyətsizlik seriyasını davam etdirib.
Luis de la Fuentenin komandası isə 2023-cü ildən bəri məğlubiyyətlə üzləşmir. Bu müddət ərzində milli komanda Millətlər Liqası və Avropa Çempionatının qalibi olub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı seçmə mərhələsinin beş oyunundan sonra İspaniya 15 xal qazanıb və E qrupunda birinci yerdədir. İkinci yerdə isə pley-offa vəsiqəni təmin edən Türkiyə millisidir.












