İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin Türkiyə il matçından öncə ciddi itki ilə üzləşib.

Matc.az xəbər verir ki, müdafiəçi Din Hyöysen sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Real"ın futbolçusu əzələ zədəsi səbəbindən yığmanın düşərgəsini tərk edib. 20 yaşlı mərkəz müdafiəçisi müalicə olunmaq üçün Madridə qayıdıb.

Qeyd edək ki, İspaniya - Türkiyə qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest