"Qalatasaray"ın hücumçusu Viktor Osimhen sıradan çıxıb.

Matc.az xəbər verir ki, 26 yaşlı forvard DÇ-2026-nın pley-off mərhələsinin Konqo ilə keçirilən final oyununda zədələnib. Ulduz futbolçu fasilədə əvəzlənib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan Konqo Demokratik Respublikası qitələrarası plef-off matçında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 12 oyunda 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest