"Milan" müdafiəçi Fikayo Tomorini uzun illər komandada saxlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

A Seriyası ingiltərəli futbolçunun 2027-ci ilin yayında başa çatan müqaviləsini daha 3 il uzadacaq. Artıq 27 yaşlı mərkəz müdafiəçisi ilə razılıq əldə olunub.

Qeyd edək ki, "Milan" Fikayo Tomorini 2021-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "rossonerilər"in heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest