PSJ "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

Paris təmsilçisinin baş məşqçisi Luis Enrike argentinalı forvardın oyununu bəyənir. İspaniya klubu Alvaresi satmağın əleyhinə deyil. Onlar 25 yaşlı futbolçu üçün 120 milyon avro tələb edir.

Qeyd edək ki, Xulian Alvares bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 18 oyunda 9 qol vurub, 5 qol ötürməsi edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest