18 Noyabr 2025, 15:46
FUTBOL
“Əl-Nəsr”in yarımmüdafiəçisi Marselo Brozoviç İtaliya çempionatına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat verir.
“Yuventus” vəziyyəti izləyir, lakin futbolçunun illik 25 milyon avroluq maaşı ciddi maneə olaraq qalır.
33 yaşlı oyunçuya “Milan”, “Roma” və Səudiyyə Ərəbistanına yollanmadan əvvəl çıxış etdiyi “İnter” də maraq göstərir. Əgər Brozoviç “Əl-Nəsr”lə müqaviləni uzatmasa, transfer yanvarda reallaşa bilər.
Xorvatiyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 13 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.









_1763473785.jpg)


