"Fulhem" rəhbərliyi baş məşqçi Mark Silvanın müqaviləsini uzatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Məşqçiyə 3 ilə qədər yeni müqavilə təklif edilib. Təklif maliyyə baxımından əhəmiyyətlidir.

Silva bu yaxınlarda əsasən Premyer Liqa klublarından "Fulhem"dən ayrılmaq üçün bir neçə təklif alıb. O, həmçinin Səudiyyə Ərəbistanından cəlbedici təklifləri rədd edərək İngiltərədə işləmək istədiyini bildirib.

Qeyd edək ki, Silva "Fulhem"i 2021-ci ilin iyul ayından idarə etməyə başlayıb və onun klubla hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest