19 Noyabr 2025, 13:06
FUTBOL
"Arsenal"ın futbolçusu Etan Nvaneri qışda komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
London təmsilçisi ingiltərəli hücumameyilli yarımmüdafiəçisi icarəyə verməyi planlaşdırır. 18 yaşlı oyunçu özü də daha çox forma şansı qazana biləcəyi bir kluba keçməyə isti yanaşır.
Qeyd edək ki, Etan Nvaneri "Arsenal"ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "topçular"ın heyətində keçirdiyi 9 oyunda 1 qol vurub.



_1763559937.jpg)








_1763552062.jpg)