"Latsio"nun yarımmüdafiəçisi Matteo Qenduzi İngiltərə Premyer Liqasına qayıda bilər.

Matc.az xəbər verir ki, "Corriere Dello Sport" qəzeti məlumat yayıb.

"Nyukasl" və "Sanderlend" "Arsenal"ın sabiq futbolçusunu transfer etmək istəyir. 26 yaşlı oyunçunun keçidinin 25-30 milyon avroya rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Matteo Qenduzi bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 9 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest