19 Noyabr 2025, 19:01
FUTBOL
"Real" 27 yaşlı braziliyalı müdafiəçi Eder Militaonun zədəsi ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, bu bərədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
"Real"ın tibbi heyəti tərəfindən bu gün aparılan müayinədən sonra Eder Militaoya sağ ayağının maqnus əzələsində zədə diaqnozu qoyulub. Əlavə məlumat daha sonra dərc olunacaq", - deyə klubun rəsmi saytında dərc olunan açıqlamada bildirilir.
Qeyd edək ki, oyunçu zədəni "Dekatlon Arena - Pyer-Morua" stadionunda keçirilən Braziliya və Tunis arasında yoldaşlıq oyunu zamanı alıb və 60-cı dəqiqədə əvəzlənib.

_1763583262.jpg)









_1763570628.jpg)