20 Noyabr 2025, 00:29
FUTBOL
"Barselona" rəhbərliyi Robert Levandovskidən 2022/2023 mövsümündə "Bavariya"ya transfer bonusu ödəməmək üçün daha az qol vurmasını istəyib.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" "Levandovski: Əsl" kitabına istinadən məlumat yayıb.
Kitabda polşalı futbolçu, "Barselona"nın prezidenti Joan Laporta, komanda rəsmilərinin hücumçudan qollarını məhdudlaşdırmasını istədiyini, əks halda Kataloniya klubunun "Bavariya"ya 2,5 milyon avro ödəməli olacağını açıqlayıb.
Bu söhbət "Barselona"nın La Liqa çempionluğundan sonra baş verib. Mövsümün sonuna qədər hücumçu çempionatda 23 qol vurmuşdu.





_1763583262.jpg)





