20 Noyabr 2025, 10:11
FUTBOL
"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Everton" şotlandiyalı futbolçunu gələn ilin yayında transfer etməyi planlaşdırır. Mersisayd təmsilçisi 28 yaşlı oyunçu üçün İtaliya klubuna 70 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Napoli" Skott Maktomineyi ötən ilin yayında "Mançester Yunayted"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində keeçirdiyi 14 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.












