"Ayaks"ın yarımmüdafiəçisi Jorti Mokio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayııb.

"Mançester Yunayted" belçikalı futbolçunu transfer etmək istəyir. Mokio Niderland klubu ilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqaviləsini uzatmaq istəmir. Bunu nəzərə alan "qırmızı şeytanlar" gənc oyunçu üçün hərəkətə keçməyi planlaşdırır.

17 yaşlı dayaq yarımmüdafiəçisi ilə Almaniyanın "Ayntraxt" klubu da yaxından maraqlanır.

Qeyd edək ki, Belçika U-17 millisinin üzvü olan Jorti Mokio bu mövsüm "Ayaks"ın heyətində 12 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest