"Brentford"un cinah oyunçusu Fabio Karvalyo zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu ön çarpaz bağından zədələnib.

Portuqaliyalı yarımmüdafiəçi əməliyyat olunacaq, bu da onun 2026/27 mövsümünə qədər oynaya bilməyəcəyi deməkdir.

Qeyd edək ki, Karvalyo 2024-cü ildə "Liverpul"dan transfer edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest