"Qarabağ"ın UEFA Çempionlar Liqası üçün sifariş etdiyi heyətində dəyişiklik edilib.

Matc.az xəbər verir ki, Kadi Borgesin adı siyahıdan çıxarılıb. Buna səbəb braziliyalı yarımmüdafiəçinin uzunmüddətli sıradan çıxmasıdır.

Kadinin əvəzinə Joni Montielin adı iştirak ərizəsinə daxil edilib.

UEFA-nın yeni qərarına əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu səfərdə "Napoli"yə qarşı keçirəcək. Qarşılaşma 25 noyabr tarixində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest