21 Noyabr 2025, 12:15
FUTBOL
“Mançester Yunayted”in sabiq futbolçusu Nemanya Matiç Skott Maktomineyin “Napoli”yə satılması ilə bağlı klubun transfer qərarından narazılığını bildirib.
Matc.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın səhv etdiyini bildirib:
“Düşünürəm ki, "Mançester Yunayted" Skott Maktomineyi satmaqla səhv etdi. Bu gün belə bir futbolçuya əvəzləyici tapmaq çətindir. "Napoli"nin baş məşqçisi Antonio Konte ağıllı insandır”.
Qeyd edək ki, "Mançester Yunayted" Skott Maktomineyi "Napoli"yə 2024-cü ilin yayında 30 milyon avroya satıb.












