21 Noyabr 2025, 13:34
FUTBOL
“Bavariya”nın qapıçısı Manuel Noyer səhhətindəki problemlər səbəbindən komandasının qarşıdakı oyununu buraxa bilər.
Matc.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.
39 yaşlı qolkiper mədəsində yaranan infeksiya səbəbindən Vensan Kompaninin rəhbərliyi altında keçirilən son məşqlərdə iştirak etməyib. Klub rəhbərliyi Manuelin Bundesliqanın növbəti oyununa qədər sağalacağına ümid edir.
Almaniyalı "əlcək sahibi" bu mövsüm Münhen təmsilçisinin heyətində 19 matç keçirib, 16 qol buraxıb, 7 oyunda isə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, “Bavariya” növbəti matçında “Frayburq”la qarşılaşacaq. Oyun sabah Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.






_1763731087.jpg)





