21 Noyabr 2025, 14:55
FUTBOL
"Liverpul" İngiltərə Premyer Liqasının 12-ci turunun "Nottingem Forest"lə matçına ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, Florian Virts komandaya kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Arne Slot məlumat verib.
Almaniyalı hücumameyilli yarımmüdafiəçi əzələ zədəsi alıb.
Qeyd edək ki, "Liverpul" - "Nottingem Forest" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.






_1763731087.jpg)





