"Arsenal" cinah oyunçusu Bukayo Saka ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, danışıqlar son mərhələdədir. 24 yaşlı İngiltərə millisinin üzvü olan futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır, lakin "topçular" mümkün qədər tez yeni müqavilə imzalamağa can atırlar.

Qeyd olunur ki, "Barselona" və "Real" kimi Avropa nəhənglərinin marağına baxmayaraq, tərəflər arasında müqavilə imzalamaq barədə heç vaxt tərəddüt olmayıb.

Saka bu mövsüm klub səviyyəsində 14 oyununda iştirak edib və 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest