22 Noyabr 2025, 09:27
FUTBOL
"Real"ın qapıçısı Andrey Lunin İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı ukraynalı oyunçu ilə "Tottenhem" maraqlanır.
London klubu qapı xəttini gücləndirməyi düşünür və Lunin yanvar ayında transfer oluna biləcək əsas namizədlər arasındadır. "Tottenhem"in onun üçün 12 milyon avro ilə 15 milyon avro arasında təklif verməyə hazır olduğu bildirilir. Lakin, Madrid klubu ukraynalı oyunçunu mövsümün ortasında göndərmək istəmir.
Qeyd edək ki, Lunin bu mövsüm hələ "Real"ın əsas komandasında rəsmi olaraq bir dəfə də olsun meydana çıxmayıb.












